Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

15-04-2024, 16:28           
Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA
Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib.

İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

"Azərbaycanda banklarda faizlərin yüksək olmasının bir neçə səbəbi var. Birinci səbəbi depozitlərin yüksək olmasıdır. Azərbaycanda 10 faiz civarında depozitlər var. Ona görə də banklar 10 faizə götürdüyü depoziti daha ucuz kredit verə bilməz. Bank krediti daha baha verməyə məcburdur. İkinci olaraq Mərkəzi Bankın uçot dərəcəsidir. Uçat dərəcəsi getdikcə aşağı düşməsi faizi aşağı sala bilər. Bu zaman banklar Mərkəzi Bankdan borc götürüb daha aşağı faizlə kredit verə bilərlər. Üçüncü səbəb isə rəqabətin zəif olmasıdır. Ölkədə bank sektoru məhduddur. Azərbaycandadörd beş çox iri bank var. Onlar bazarın dördə üçünə nəzarət edirlər. Rəqabət mühiti zəif olduğu üçün, yüksək faizləri müşahidə edirik. Bundan çıxış yolu isə çox yüksək reytinqli xarici bankların Azərbaycan daxil olmalırı şərait yaradılmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru