Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? - AÇIQLAMA

15-04-2024, 18:48           
Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? - AÇIQLAMA
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var.

Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli "oxu.az"a bildirib ki, yayılan məlumatlar yalandır:

“Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynov 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Nazim bəy də, Günhan bəy də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir. Dəqiqləşdirmə aparmadan, mövqe almadan işıqlandırıblar. Qeyri-peşəkarlıq nümunəsidir. Sizə xüsusi təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Bakı Avrasiya Universitetinin rektorunun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu barədə xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru