“Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib” - Hesablama Palatası

16-04-2024, 00:11           
“Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib” - Hesablama Palatası
Azərbaycanda hüquqi əsaslar olmadığı halda Aqrar Sığorta Fondu dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanımaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq xəzinə hesabına 676,7 min manat vəsaitin köçürülməsinə yol verib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, bu da 50%-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir.
Həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmayıb, tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru