Lisenziyasız işlədiyi deyilən klinika rəsmi qurumlara meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

16-04-2024, 07:24           
Lisenziyasız işlədiyi deyilən klinika rəsmi qurumlara meydan oxudu:
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var.

Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Klinika fəaliyyətini davam etdirir, bağlanmayıb. Lisenziyası da ləğv olunmayıb. Sosial şəbəkə hesabımızda da bu barədə məlumat yaymışıq. Həkimlər də işlərini davam etdirirlər. Aprelin 9-da klinikanın fəaliyyətinin dayandırılması barədə əsassız məlumat yayan qurumlar barəsində isə rəhbərliyimiz tərəfindən tədbir görüləcək”.
Xatırladaq ki, aprelin 9-da Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə klinikada lisenziyadankənar fəaliyyətin aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru