Azərbaycan Fransadan kiloqramı 3,5 manata ispanaq idxal edir

17-04-2024, 07:34           
Azərbaycan Fransadan kiloqramı 3,5 manata ispanaq idxal edir
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 16 min 590 dollar dəyərində 8 390 kiloqram ispanaq idxal olunub.

Yeniavaz.com xəbər verir ki, idxal olunan ispanağın yarıdan çoxu – 6 720 kiloqramı Fransadan gətirilib. Fransadan gətirilən ispanağın 1 kiloqramının orta gömrük dəyəri 2,1 dollar (3,5 manat) olub.

Bundan başqa kiloqramı 1 dollardan (1,7 manat) 200 kiloqram ispanaq İrandan, kiloqramı 1,7 dollardan (2,8 manat) 1 360 kiloqram ispanaq Türkiyədən, kiloqramı 2,3 dollardan (3,9 manat) 110 kiloqram ispanaq isə Polşadan idxal olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru