Yanacağa su qatılan yanacaqdoldurma məntəqəsindən reportaj - VİDEO

17-04-2024, 08:38           
Yanacağa su qatılan yanacaqdoldurma məntəqəsindən reportaj - VİDEO
"SOCAR PETROLEUM" QSC-nin mətbuat xidməti sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini təsdiqləyib.
Bu günlərdə sosial şəbəkələrdə "İST PETROL" yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. Sürücülər bildiriblər ki, yanacağa benzinlə birlikdə başqa maddələr də qatılıb. Bu səbəbdən bir neçə avtomobil yolda qalıb.
"SOCAR PETROLEUM" QSC-nin mətbuat xidməti sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyini təsdiqləyib. Yaranmış texniki problem səbəbindən "SOCAR Petroleum" QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb və problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib.
Sputnik Azərbaycan "İST PETROL" yanacaqdoldurma məntəqəsində sürücülər arasında yanacağın keyfiyyəti ilə bağlı sorğu keçirib.
Sürücülər arasında məlum hadisədən sonra sözügedən yanacaqdoldurma məntəqəsinə güvənənlər də olub, güvənməyənlər də. Sürücülərin əksəriyyəti yanacağın keyfiyyətindən razı olduqlarını bildiriblər. Amma bəzi sürücülər yanacağın keyfiyyətinin aşağı olması ilə yanaşı bəzən həcminin də az vurulduğundan narazılıqlarını bildiriblər.
Ətraflı video sujetimizdə













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru