Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi

17-04-2024, 17:10           
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
Bu ilin mart ayında Azərbaycandakı pərakəndə satış məntəqələrində satılan xiyarın 1 kiloqramının orta satış qiyməti 2 manat 85 qəpik, pomidorun orta satış qiyməti isə 2 manat 68 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xıəbər verir ki, fevral ayı ilə müqayisədə xiyarın qiyməti dəyişməz qalıb, pomidorun qiyməti isə 4,3% və ya 11 qəpik bahalaşıb.
Onu da qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan İran və Türkmənistandan pomidor idxal edib. Bir ay ərzində İrandan 26 min 430 kiloqram, Türkmənistandan isə 108 min kiloqram pomidor gətirilib.
Qeyd edək ki, hər iki ölkədən gətirilən pomidorun 1 kiloqramının orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.