“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

18-04-2024, 10:37           
“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbəti tapmağa kömək etməlidir. Ümumilikdə üç filtr - “Hamı”, “Oxunmamış” və “Qruplar” əlavə edilib.

“Hamı” filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək. “Oxunmamış” seçimini etsəniz, cavabsız qalan çatlar - oxunmamış mesajlar və istifadəçi tərəfindən “oxunmamış” kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr, “Qruplar” icma altqrupları da daxil olmaqla, bütün qrup yazışmalarını göstərir.

Mesencerin yaradıcıları qeyd ediblər ki, istifadəçilər uzun müddətdir ki, belə funksiyanı istəyirlər.

Tərtibatçılar gələcəkdə yeniliyi təkmilləşdirməyə söz veriblər, lakin hələlik funksiya təşəkkül mərhələsindədir, ona görə də “WhatsApp” istifadəçiləri üçün yaxın gələcəkdə əlçatan olacaq.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru