BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU

18-04-2024, 17:26           
BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
03.04.2024-cü il tarixdə saytımızda “Baksol yaşayış massivində fəaliyyət göstərən mebel sexində nələr baş verir?” başlıqlı material dərc edilmşdi. Xatırladırıq ki, şikayətçi İsgəndərov Zaur Eldar oğlu ərizəsində bildirmişdi ki, “Baksol yaşayış massivində fəaliyyət göstərən mebel sexinin müdiri Elvin Əlizadə cari ilin yanvar ayının 15-də müqavilə bağlamadan, şifahi razılaşma yolu ilə məni işə qəbul etdi və hər ayda 1400 (bir min dörd yüz) manat əmək haqqı ödəyəcəyinə söz verdi. Yanvar ayının sonunda mənə 950 (doqquz yüz əlli) manat zəhmət haqqı ödədi. Ancaq sonra fevral ayını tam işləsəm də, maaşımı vermədi. Üstəlik, müxtəlif bəhanələrlə məni mart ayının 7-dək işlədəndən sonra bildirdi ki, maddi imkanım məhdud olduğuna görə daha sənə maaş verə bilməyəcəm. Şikayət edəcəyimi bildirəndə isə, məni təhqir edərək dedi ki, hara istəyirsən şikayət elə! Hətta söyüşlə məni hədələyərək bildirdi ki, ala bilirsənsə, gəl pulunu məndən özün al!
Ona görə də sizdən xahiş edirəm ki, halal zəhmət haqqımı Elvindən almağıma köməklik göstərəsiniz.”
Şikayətlə əlaqədar araşdırma apararkən, ərizədə göstərilən faktlar təsdiqləndi. Belə ki, “eco Inft” adlanan sözügedən mebel sexinin müdiri Elvin Əlizadə suallarımıza cavab verərkən, şikayətçini işə qəbul edərkən müqavilə bağlamadığını, ilk on beş gün üçün ona 950 manat məbləğində avans ödədiyini, sonrakı bir ay üçün isə məvacib ödəmədiyini bildirdi. Səbəbini isə Z.İsgəndərovun başdan xarab olduğu və işlədiyi müddətdə sexə, alacağı məvacibdən iki dəfə çox maddi ziyan vurduğu ilə əlaqələndirdi. Üstəlik, şikayətçinin ailəsində yaşanmış keçmiş problemləri açıb-tökməklə onu aləmdə biabır edəcəyi və hətta lazım gəlsə onu məhkəməyə verəcəyi ilə hədələdi. Biz isə tərəflər arasında barış yaratmaq üçün cəhd etsək də, razılıq alınmadı. E.Əlizadə sexə vurulmuş maddi ziyan barədə bizə sənədlər təqdim edəcəyinə söz versə də, nədənsə bunu etmədi. Sayta şikayət edilməsindən bir həftə keçsə də, sex müdiri telefon zənglərimizə cavab da vermədi.
Araşdırma zamanı o da məlum oldu ki, E.Əlizadə digər işçiləri də müqavilə bağlamadan işlədir. Bunu sözügedən sexin digər işçiləri də, adlarının çəkilməməsi şərtilə təsdiqlədilər. Bu isə dövlət büdcəsinə vergi ödənməsindən yayınma deməkdir.

Odur ki, belələri ilə iş birliyi yaratmamağı vətəndaşlara tövsiyə edirik.

MİNA Tv.az saytının
Araşdırma Bürosu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.