“Təqib və İzləmə” nə üçün baş tutmur ?

19-04-2024, 10:03           
“Təqib və İzləmə” nə üçün baş tutmur ?
Baxıram ki, Dövlət Gömrük Komitəsində yenidən “Təqib və İzləmə” sistemi müzakirəyə çıxarılıb. Yenə də təqdimatlardır.
Mən bildiyim qədər Dövlət Vergi Xidmətinin hazırladığı bu sistemlə bağlı DGK-da dəfələrlə təqdimatalr olub, amma hələ də sistemin inteqrasiyası və tətbiqi başa çatmayıb.
“Təqib və İzləmə” sistemi istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli malların dövriyyəsinə nəzarətin həyata keçirilməsini təmin edir. Sistem aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısını alacaq.
Ötən ilin sonunda bu sistemin inteqrasiyası üçün daha bir addım atıldı.
Prezident tərəfindən imzalanan fərmana görə İqtisadiyyat Nazirliyi aksizlə əlaqəli bütün sifarişçilərin DVX-nin “Təqib və İzləmə”” Sisteminə qoşulmasını təmin etməlidir.
Bu sistem DGK-nın informasiya sistemlərinə inteqrasiya olunmalıdır.
Görünür ki, sistemin tətbiqinin bu qədər gecikməsində maraqlı olan tərəflər də var
Xatırlayıram ki, 2022-ci ildən bu sistemin hazır olması haqqında məlumatlar verilmişdi.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.