Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAÇACAQ - AÇIQLAMA

23-04-2024, 16:55           
Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAÇACAQ - AÇIQLAMA
Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarında qiymət artımı gözlənilir?

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, siqaret qiymətləri önümüzdəki aylarda bahalaşacaq:

"Ölkə başçısının sərancamı ilə əlaqədar 3 aydan bir tütün məmulatlarının qiymətlərinə baxılır. Bu baxımdan hesab edirəm ki, növbəti aylarda siqaretlərin qiymətlərində artım baş verə billər. Ölkədə siqaret istehlakı artmaqdadır. Siqarət istehlakında xammal xaricdən gəlir. Bu da qiymət artımına təsir göstərir. Dövlət siyasətidə zərərlə vərdişlərin azalması üçün siqaretlərin qiymətlərini artmasına təsir göstərir. Növbəti aylarda siqaret qiymətlərində 5-10 faizə qədər artım baş verə bilər".

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru