3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...

24-04-2024, 08:34           
3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölklərdən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 28,7%-i Rusiya, 19,3%-i Türkiyə, 10,3%-i İran, 7,2%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,2%-i Qazaxıstan, hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla Türkmənistan və Küveyt, 1,4%-i Ukrayna, 1,2%-i Belarus, 12,2%-i digər ölkələrin vətəndaşları olub.
Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 67,6%-i və ya 347 min nəfəri hava, 30,9%-i və ya 158,7 min nəfəri quru yolla ölkəyə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru