Azərbaycanda süni intellekt həlli hazırlamaq üçün zəruri olan superkompüter dövlət qurumu və biznes üçün əlçatandırmı?

24-04-2024, 08:28           
Azərbaycanda süni intellekt həlli hazırlamaq üçün zəruri olan superkompüter dövlət  qurumu və biznes üçün əlçatandırmı?
Tutaq ki, bizdə hansısa bir qurum, dövlət qurumu, yaxud özəl qurum, yaxud da bir elmi -tədqiqat qurumu hansısa bir süni intellekt həlli yaratmaq istəyir.
Onlar indiki anda bunu reallaşdıra bilərlərmi ?
Təəssüf ki, hazırda bu, real görsənmir.
Bunun üçün 4 əsas şərt vacibdir :
1. Superkompüter, yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter.
Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub
2. Data, hansı ki, əsasən hökumətin əlində cəmləşib- maraqlı tərəflər üçün əlçatan deyil
3. Dilin Milli Korpusu, hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur
4. Enerji, varımızdır, həm də yaşılından 🙂
Qəribədir, indiki anda bütün işləri "xodlamaq" üçün zərurui olan, başqalarının arzuladıqları enerji təminatı bizdə var.
Amma bunun əsasında, yəni bizdə olanın əsasında başqlarının hazırladıqları özümüzdə yoxdur 🙂
Düşünürəm ki, hökumət təcili maraqlı tərəflər üçün əlçatan olan belə bir infrastruktur formalaşdırmalıdır.
Yəni dövlət qurumlarının, biznes və elmi institutların süni intellekt əsaslı işləri üçün əlçatan olan bir mərkəz formalaşdırılmalıdır.
Bildiyim qədər RİNN-in Aİ Lab qurumu tərəfindən bu istiqamətdə müəyyən işlər görülürdü. Lakin görünən odur ki hələlik ortada real nəticələr yoxdur.
Bu sektorda olan maraqlı tərəflər, RİNN, İN, ETN, biznes qurumları və s. birgə səylərini gücləndirməlidirlər. Bura böyük resurslar yatırırlmalıdır.
Dünyada, qonşu ölkələrdə bu istiqamətdə böyük investisiyalar yatırırlar. Elə region ölkələri də xarici qurumlarla əməkdaşlıqla belə bir infrastrukturun formalaşdırılması ilə məşğuldurlar. Qazaxıstan və Ermənistan bu sahədə daha aktiv görsənirlər.
Biz isə çox gecikirik.
Düşünürəm ki, ölkəmizdə süni intellekt həllərinin yaradılması və tətbiqi məqsədilə yaşıl enerji təminatlı bir superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.