Nəhəng resurslara sahib Mərkəzi Bank və DVX, tətbiq olunan texnologiyalar və innovasiyalar, ağıllı-savadlı kadrlar, balaca bir ölkənin bəsit bir problemi qarşısında əsir-yesir olublar.

24-04-2024, 08:16           
Nəhəng resurslara sahib Mərkəzi Bank və DVX, tətbiq olunan texnologiyalar və innovasiyalar,  ağıllı-savadlı kadrlar, balaca bir ölkənin bəsit bir problemi qarşısında əsir-yesir olublar.
Belə görünür ki, banklar hələ də vergi borcuyla bağlı daxil olan sorğular əsasında müştəriyə məxsus pulun hesabdan silinməsinin ağlabatan bir həllini yarada bilməyiblər.
Banklar eyni anda daxil olan, eyni məzmunlu vergi borcları sorğuları əsasında, eyni anda hesablardakı pulları silirlər.
Hətta borc bir-iki gün öncədən həmin banklara ödənilsə də, onların qurduğu sistem bunu anlaya bilmir və pullar silinir, yaxud bloklanır.
Sanki silinən öz pullarıdır. Məəttəl qalıram.
Nəhəng resurslara sahib Mərkəzi Bank və DVX, tətbiq olunan texnologiyalar və innovasiyalar, ağıllı-savadlı kadrlar, balaca bir ölkənin bəsit bir problemi qarşısında əsir-yesir olublar.
P.S. Sonra da, içi mən qarışıq, süni intellekt həllərindən danışırıq
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.