Daha bir tikinti şirkətinin fırıldağı üzə çıxdı — 15 ailə aldadılıb — “Azərtikinti ATF” MMC-yə qarşı ittiham

4-04-2015, 14:50           
Daha bir tikinti şirkətinin fırıldağı üzə çıxdı — 15 ailə aldadılıb — “Azərtikinti ATF” MMC-yə qarşı ittiham “Azərtikinti ATF” MMC 15 payçını evsiz qoyub.

Axar.az-a verilən məlumata görə, şirkətin sahibi Azər Quliyev ev dələduzluğuna görə həbs olunduqdan sonra vətəndaşlar mənzillərini ala bilməyib.

Onların mənzillərinə iş adamı İsfəndiyar Axundov şərik çıxıb. 2008-ci ildən evlərini ala bilməyən payçıların sözlərinə görə, İ.Axundov mənzilləri onlara yenidən satmağı təklif edir. Bu isə sakinlərə ikiqat qiymətə başa gəlir.

Qeyd edək ki, şirkətin Bakının Xətai rayonu, Telnov küçəsi 23-47/48 ünvanında binaları inşa olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru