Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb

28-05-2024, 08:24           
Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb
Biləsuvar rayonunda bu il taxıl əkini aparılan sahələr 5 min hektara yaxın azalıb.

Gununsesi.info-nun Muğan bürosunun məlumatına görə, ötən il 39 min 270 hektar sahədə taxıl əkini aparılıb. Lakin bu il əkin aparılan sahələr 34 min 295 hektara düşüb.

Fermerlərin sözlərinə görə, bunun əsas səbəbi ötən ilin yaz mövsümündə kəskin su qıtlığı və havanın quraq keçməsi olub.

Uzun müddət atmosfer çöküntüləri (yağış, çiskin, duman, qar) olmadığı üçün rayonda taxılçılığın əsas bazasını təşkil edən dəmyə taxıl sahələri ciddi şəkildə quraqlıqdan məhv olub. Dəmyə taxıl sahələrində də bu səbəbdən azalma müşahidə olunur.

Qeyd edək ki, cari ildə rayon ərazisində əkilən taxılın 9 min 974 hektarını buğda, 24 min 321 hektarını isə arpa sahəsi təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru