Məhsul zay olub, taxıl yığımı ləngiyib: - Kəndlərdə son durum
6-06-2024, 00:08
Son vaxtlar regionlarda hava şəraitinin yağıntılı və küləkli olması bağ-bostanlara ciddi ziyan vurub.
"Cebhe.info" xəbər verir ki, yığım dönəmində yağışın və küləyin törətdiyi fəsadlar məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Şəki rayonu Qoxmuq və Kiçik Dəhnə kəndlərinin sakinlərinin sözlərinə görə, bu il bol məhsul gözləsələr də, yağış onların gözləntilərini puç edib:
"Yağışın küləklə birgə davamlı olması məhsulları yerə töküb, yararsız vəziyyətə salıb. Xüsusilə tut, gilas, ərik ağaclarına ciddi ziyan dəydi, bazarda da bu məhsullar az və baha oldu".
Bununla yanaşı, qoz və fındıq ağaclarına da ziyan dəydiyi qeyd edilib. Sakinlər yağışın taxıl zəmilərinə də ziyan vurduğunu qeyd edilib:
"Həm alaq çoxalıb, həm də zəmidə xəstəlik yaradıb. Xüsusilə taxılı yatırıb deyə yığımı ləngidib".