İşçilər də - Kollektiv müqavilənin bağlanması və şərtlərinə, onların hüquq və mənafelərinin müdafiəsinə inanmırlar

6-06-2024, 09:24           
İşçilər də - Kollektiv müqavilənin bağlanması və şərtlərinə, onların hüquq və mənafelərinin müdafiəsinə inanmırlar
Əmək Məcəlləsində: Kollektiv müqavilə ilə əlaqədar bir çox maddi hüquq normaları olsa da, kollektiv müqavilənin - praktikada tətbiqi ilə əlaqədar problemlər də çoxdur:
1. Kollektiv müqavilə nədir? — işəgötürənin, əmək kollektivinin və ya kollektivi təmsil edən həmkarlar ittifaqları arasında yazılı formada bağlanan: əmək, sosial, iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
2. Kollektiv müqavilə bir qayda olaraq ilk görünüşdə işçilərin maraqlarını müdafiə edir. İlkin görünüşdə Kollektiv müqavilə, yalnız işçilərin mənafelırini təmin edən sənəd kimi görünsədə, əslində həm də işəgötürənlərin maraqlarını müdafiə edən razılaşma da ola bilər, bu razılaşmalarda işəgötürən də öz maraqlarına uyğun şərtlər irəli sürə bilər.
3. Həm işəgötürənlərin, həm də işçilərin maraqlarına uyğun olsada - praktikada bu gün Kollektiv müqavilələr çox az sayda bağlanılır və ya formal olaraq bağlanılır. Yəni, əmək, sosial, iqtisadi, məişət və digər münasibətləri tənzimləyən razılaşmalar öz əksini tapmlr.
4. Kollektiv müqavilə bağlandıqda isə, bu müqaviləyə bir çox hallarda AR-nın Əmək Məcəlləsində olan maddi hüquq normaları köçürülür.
5. Kollektiv müqavilədə olan razılaşmalar: işçilər üçün yalnız AR-n Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və təminatlarlardan yuxarı səviyyədə ola bilər, aşağı səviyyədə ola bilməz.
6.Kollektiv müqavilə yalnız tərəflərin hüquq bərabərliyi əsasında bağlanıla bilər.
7. Kollektiv müqavilədə: həm işçilıtin, həm də işəgötürənlərin marağını təmin edən və əmək münasibətlərində vacib olan aşağıdakı sahələr barədə razılığa gəlmək olar: əmək haqqı,əməyin ödənilməsi qaydaları, miqdarı, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haq-da şərtlər; işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi; qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi, əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası, işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi və sair.
Azər Quliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru