5 manatdan 55 manata qədər: Bakıdakı akvapark və çimərliklərə giriş qiymətləri – SİYAHI, MƏBLƏĞLƏR
14-06-2024, 19:11
Azərbaycanda çimərlik və dəniz mövsümü başlayıb.
Xüsusilə akvaparklar yay aylarında əyləncə və sərinləmə üçün ideal məkanlardır.
FED.az akvaparklara giriş haqlarını araşdırıb. Qiymətlər müxtəlifdir və bu, məkanın yerləşdiyi yer, təklif olunan xidmətlər və həftənin gününə görə dəyişir.
“Dalğa beach aquapark”
Akvaparka giriş 6 yaşa qədər uşaqlar üçün pulsuzdur, 6-13 yaş uşaqlar üçün həftə içi 15 manat həftə sonu isə 20 manat, böyüklər üçün həftə içi 30 manat həftə sonu isə 40 manat giriş haqqı müəyyəb olunub. Əgər müştərilər dolab götürsələr bu zaman əlavə 10 manat ödəniş etməli olacaqlar.
“AF Hotel Aqua Park”
Novxanı qəsəbəsində yerləşən “AF Hotel Aqua Park”a giriş qiyməti ki, 3 yaşa qədər olan uşaqlar üçün pulsuzdur, 3 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün 15 manat , 12 yaşdan yuxarı olanlar üçün isə 20 manat giriş haqqı tələb olunur.
Məkanlar
Həftə içi günlər giriş qiymətləri
Həftə sonu günlər giriş qiymətləri
“Dalğa beach aquapark”
0-6 yaş : pulsuz
6-13 yaş : 15 manat
13 yaş və üzəri : 30 manat
0-6 yaş : pulsuz
6-13 yaş : 20 manat
13 yaş və üzəri : 40 manat
“AF Hotel Aqua Park”
0-3 yaş: pulsuz
3-12 yaş : 15 manat
12 yaş və üzəri : 20 manat
0-3 yaş : pulsuz
3-12 yaş : 15 manat
12 yaş və üzəri : 20 manat
“Bilgah Beach Otel”
0-6 yaş : pulsuz
6 yaşdan böyük uşaqlar : 25 manat
Böyüklər üçün : 45 manat
0-6 yaş : pulsuz
6 yaşdan böyük uşaqlar : 35 manat
Böyüklər üçün : 55 manat
"Sea Breeze hotel"
0-5 yaş : pulsuz
5 yaş və üzəri : 20 manat giriş haqqı və 20 manat depozit*
0-5 yaş : pulsuz
5 yaş və üzrə : 20 manat giriş haqqı və 20 manat depozit*
“Atlant Hotel aquapark”
0-5 yaş : pulsuz
5 yaş və üzəri : 13 manat
0-5 yaş : pulsuz
5 yaş və üzəri : 13 manat
“Bilgah Beach Otel”
Bilgəhdə yerləşən və Bakının lüks çimərlik kurortları arasında yer alan Bilgah Beach Otel akvaparka 6 yaşa qədər uşaqları pulsuz qəbul edir. Qiymətlər həftənin günlərinə görə fərqlidir.
Həftə içi böyüklər üçün giriş 45 manat, uşaqlar üçün isə 25 manat müəyyən edilib. Həftə sonu qiymətlərdə 10 manat artım var. Belə ki, həftə sonu akvapar üçün böyüklər 55 manat, uşaqlar 35 manat ödəniş etməldir.
"Sea Breeze hotel"
Nardaranda yerləşən Sea Breeze hoteldə akvaparka giriş 5 yaşa qədər olan uşaqlar üçün pulsuzdur, 5 yaşdan böyüklər üçün isə giriş qiyməti 20 manatdır. Giriş qiymətindən əlavə 20 manat depozit tələb olunur hansıki əgər müştərilər akvaparka daxil olduqdan sonra Sea Breeze hotel tərəfindən verilmiş əlavə əşyaları qaytarmasalar bu zaman 20 manat qaytarılmır ama bu əşyalar otelə qaytarıldığı təqdirdə 20 manat müştəriyə ödənilir. Əlavə əşyalar dedikdə bura dəsmal və başqa əşyalar daxildir.
“Atlant Hotel aquapark”
Nabranda yerləşən daha bir kurort yeri olan Atlant Hotel aquapark üçün giriş 5 yaşa qədər uşaqlar üçün pulsuz müəyyən edilib, 5 yaşdan böyüklər üçün isə 13 manat ödəniş etməlidirlər.
Daha detallı :
5 manatdan 55 manata qədər: Bakıdakı akvapark və çimərliklərə giriş qiymətləri
Çimərliklərdə qiymətlər
“Bilgah Beach Otel”
Çimərliklər iyunun 15-dən fəaliyyətə başlayacaq. Qiymətlər həftə içi böyüklər üçün 35 manat, uşaqlar üçün 20 manat , həftə sonu isə böyüklər 45 manat uşaqlar isə 25 manat təşkil edir . 6 yaşa qədər uşaqlarda isə giriş ödənişsizdir.
"Sea Breeze hotel"
10 yaşa qədər çimərliyə giriş pulsuz, 10 yaş üzəri 1 nəfər üçün giriş 50 manatdır.
“Atlant Hotel”
Nabranda yerləşən daha bir kurort yeri olan Atlant Hotel çimrəlik üçün giriş 5 yaşa qədər uşaqlar üçün pulsuz müəyyən edilib, 5 yaşdan böyüklər üçün isə 13 manat ödəniş etməlidirlər.
“AF Hotel”
3 yaşa qədər uşaqlarda çimərliyə giriş pulsuzdur, 3-12 yaş arası giriş 15 manat, 12 yaşdan yuxarılar üçün isə giriş 20 manatdır.
“Cresent beach hotel”
Çimərlik üçün giriş böyüklərdə 25 manat, 5-10 yaşlı uşaqlarda 15 manat müəyyən olunub. 4 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur.