Bütün universitetlər qəbulla bağlı cari ildən başlayaraq kağız daşıyıcılardan və paralel qeydiyyatdan imtina etməlidir

11-07-2024, 12:23           
Bütün universitetlər qəbulla bağlı cari ildən başlayaraq kağız daşıyıcılardan və paralel qeydiyyatdan imtina  etməlidir
Artıq bununla bağlı ölkədə bütün hüquqi, texnoloji və təşkilati addımlar atılıb.
Son 3 ildə ETN istənilən qeydiyyat prosesini mərkəzləşmiş qaydada portal.edu.az platforması üzərindən uğurla həyata keçirir.
AzTU bu il ETN -nin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və İRİA ilə bir neçə dəfə işgüzar görüşlər keçirərək, qeydiyyatın portal.edu.az platforması üzərindən həyata keçirildiyi və lazımi məlumatların elektron qaydada universitetlərə verildiyini nəzərə alaraq paralel formada kağız daşıyıcıda sənəd tələb olunmayacağını bildirib.
Beləliklə, düşünürəm ki bütün universitetlər cari ildən başlayaraq qəbul olan şəxslərdən kağız daşıyıcıda sənəd tələb etməməlidirlər.
Universitetlər üçün zəruri olan sənədləri və datalar ETN TSİİ-nin APİ servisləri vasitəsilə elektron formada universitetlərə təqdim edilir.
Düşünürəm ki, bütün universitetlərin qəbulla bağlı paralelçilikdən və kağız daşıyıcılardan imtinası ilə bağlı ETN TSİİ və İRİA -nın ortaq bir açıqlama verməsi ağlabatan və məntiqli olardı.
AzTU-nun kağız daşıyıcılardan imtinası ilə bağlı ETN öz rəsmi portalında da açıqlama verib.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.