Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək

14-07-2024, 12:18           
Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək
Azərbaycanda “Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası” dəyişib.
Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (Qiymət) Şurası təsdiq edəcək.
Qeyd edək ki, indiyə qədər bu məsələdə nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı da nəzərə alınırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru