13 investisiya şirkətinin məcmu aktivləri 18 % azalıb

15-07-2024, 07:54           
13 investisiya şirkətinin məcmu aktivləri 18 % azalıb
Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 13 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 200,615 milyon manat təşkil edib.

TEREF xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 18,4 % azdır.

2023-cü ildə şirkətlərdən 9-u aktivlərini artırıb, 4-ü azaldıb.

Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 26,3 % azalaraq 152,559 milyon manat təşkil edib. Şirkətlərdən 8-də öhdəliklər artıb, 5-də isə azalıb.

Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 23,7 % artaraq 48,056 milyon manata, məcmu nizamnamə kapitalı isə 1 % artaraq 18,677 milyon manata çatıb. Bazar iştirakçılarından 11-i balans kapitalını, 3-ü isə nizamnamə kapitalını artırıb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru