Bakıda evin içərisində neft qoxulu su qaynayır - İDDİA
15-07-2024, 12:18
Bakının Xətai rayonu, Nazim Şükürov küçəsi 3 B ünvanında yerləşən fərdi yaşayış evinin içərisində su qaynayır.
Xezerxeber.az-ın məlumatına görə, 20 ildir ki, tikilmiş evin içərisində suyun çıxması səbəbindən ətrafı neft və mazut qoxusu bürüyüb.
Ev sahibi Təranə Bəşirova bildirib ki, dörd gündür neft qoxulu su evinin içərisindən axır. O qeyd edib ki, aidiyyəti orqanlara müraciət etsə də, problemlə həll olunmayıb.
Ərazidə yaşayan qonşular da bu haldan narahatdırlar, çünki artıq neft qoxulu suyun onların da evinin altına dolduğunu iddia edirlər.
Xətai Rayon Sukanal İdarəsinin ustası Rəfael Şirinov bildirib ki, burada boru partlayıb:
"Xəttin üzərində tikililər var, ona görə də xətlərin üzərinə yük düşür. Həmçinin texnika ilə qəza yerinə yaxınlaşmaq da mümkün deyil".