“Kapital Bank” vətəndaşın xəbəri olmadan kredit ayırıb? – İDDİA

16-07-2024, 18:42           
“Kapital Bank” vətəndaşın xəbəri olmadan kredit ayırıb? – İDDİA
Vətəndaş Aysel Sahib qızı Xəlilova Kapital Bank tərəfindən aldadıldığını iddia edir.

O, Pravda.az-a ünvanladığı şikayətdə bildirib ki, 2021-ci ildə “Kapital Bank”dan təklif edilən kredit əsasında 500 manat kredit götürüb və krediti vaxtında ödəsə də, bəzi aylarda adına gecikmə düşüb.

2024-cü ildə vətəndaşa deyilib ki, onun Banka 400 manat borcu var. A.Xəlilova iddia edir ki, Bankın Xalqlar Dostluğu filialının mütəxəssisi T.Xəlilov onun adına istehlak krediti ayırıb. A.Xəlilova bu barədə ərizədə heç bir imzası olmadığını, özünün isə heç yerdə işləmədiyini deyir.

Maraqlıdır, işsiz olduğu halda vətəndaşa kredit necə ayrılıb?

İşə Nəsimi Rayon Məhkəməsində baxıldığını, prosesinin davam etdiyini deyən A.Xəlilova iddia edir ki, Bank məhkəməyə özünün də xəbərsiz olduğu sənədlər təqdim edir:

“Qarşı tərəf məni səhv çıxarmaq üçün hüquqşünasla iş görür. Mən isə müdafiəsizəm. Xahiş edirəm, köməklik göstərin. Cənab Prezident İlham Əliyevə, Milli Məclisə müraciət etmişəm. Məhkəməni uduzmağım üçün Bank məhkəməyə daha əvvəl xəbərim olmayan sənədlər təqdim edir. Bank tərəfindən mənə zənglər gəlir, qorxudurlar…”

Məsələni dəqiq araşdırmaq üçün “Kapital Bank”a iyulun ayının 10-da sorğu ünvanlanıb, lakin mövqe bildirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru