Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

16-07-2024, 19:25           
Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində qeydiyyatda olan “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN – 9900083751) dövlət büdcəsinə vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, 15 iyul 2024-cü il tarixinə olan sonuncu məlumata görə “DİA Holdinq FZCO” şirkətinin Azərbaycandakı filialının vaxtında ödənilməyən 16 milyon 13 min 416 manat 12 qəpik vergi borcu yaranıb.
Məlumat üçün bildirək ki, bu şirkətin Azərbaycandakı filialı 5 dekabr 2007-ci ildə Nərimanov rayonu, Ziya Bünyadov, ev 19/69 ünvanında qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı filialının rəhbəri Burhan Keleşdir.
“DİA Holdinq FZCO” şirkəti Azərbaycanda “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi kimi böyük layihələrin icrasında iştirak edib.
Onu da bildirək ki, şirkətin təsisçilərindən biri Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalin qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozal olub.
Hassan Gozalın “DİA Holdinq FZCO” şirkətindəki payı 50% olub. Hassan Gozal daha sonra şirkətdəki payını satıb. Hazırda “DAAX Construction” şirkətinin sahibi olan Hassan Gozal eyni zamanda İraqda neft hasilatı ilə məşğul olan “Genel Energy”nin də əsas təsisçilərindən biridir. Səhmlərinin 17,5%-nin “DAAX Construction”ə məxsus olduğu “Genel Energy”şirkətinin sonuncu maliyyə hesabatında (https://genelenergy.com/wp-content/uploads/2024/03/Genel-Energy-FY-2023-Results-FINAL.pdf) göstərilir ki, şirkətin zərəri son bir ildə 8,4 fəfə artaraq 61,3 milyon dollara yüksəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.