İcra başçısının “qatil klinikası”: 4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub

17-07-2024, 09:08           
İcra başçısının “qatil klinikası”: 4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub
4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir.
TEREF tribunainfo.az-a istinadla bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. 2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.
Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.
Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru