İcmal büdcədə 6 milyard manatdan çox profisit yaranıb

17-07-2024, 08:44           
İcmal büdcədə 6 milyard manatdan çox profisit yaranıb
İcmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunub

2024-cü ilin birinci yarımilində icmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 434,3 milyon manat və ya 9,1% azdır. AYNA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, icmal büdcənin xərcləri isə 18 milyard 198,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2487,5 milyon manat və ya 15,8% çoxdur.

Vurğulanıb ki, icmal büdcədə 6153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru