Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 11% artıb
17-07-2024, 09:58
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 11% artıb Bu ilin I yarısında Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 17,8 milyon manat vəsait daxil olub.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.