Həbsdə yatmış məmur vəzifəsinə qaytarıldı — Göyçayda
4-04-2015, 14:51
Vəzifə səlahiyyətlərini aşaraq iş başında vətəndaşla kobud davrandığı üçün həbs olunan, bir neçə dəfə məhkumluq həyatı yaşayan məmur yenidən öz vəzifəsinə qayıdıb. Göyçay rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsinə 2013-cü ildən həbsdə olan Loğman Əliyev təyin olunub.
Axar.az-ın məlumatına görə, sözügedən təyinat bir aya yaxındır ki, gerçəkləşdirilib.
Xatırladaq ki, Loğman Əliyevə 2013-cü ildə Göyçay rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi olaraq Göyçay rayon Məhkəməsində hökm oxunub.
Belə ki, dekabrın 19-da Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunan Loğman Əliyev Göyçay şəhəri Atatürk küçəsində vətəndaş Nəzakət Süleymanovaya qarşı fiziki təzyiq göstərərək ona müxtəlif bədən xəsarətləri yetirdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib və Gəncə şəhərindəki cəzaçəkmə müəssisəsinə göndərilib.
Həmin məhkəmə prosesi zamanı məlumat verilib ki, bundan əvvəl də Loğman Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqini rüşvət almaqda ittiham edib. Lakin onun bu məlumatı təsdiqini tapmadığı üçün barəsində CM-in 296-cı (cinayət olması barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılıb və 5 il şərti cəza alıb.
Bundan əlavə, elə həmin ərəfələrdə Göyçay rayonunda zibil poliqonu ilə bağlı çəkiliş aparan ANS televiziyasının bölgə müxbiri Günel İsayeva və operator Rəşad Rəşidova qarşı fiziki təzyiq göstərərək onları təhqir edən və videokameranı əllərindən alaraq sındıran Loğman Əliyev barəsində Göyçay Rayon Prokurorluğu tərəfindən CM-in 163.2 (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlayıb.
Qeyd edək ki, Loğman Əliyev həmin məhkəmədən öncə də iki dəfə məhkumluq həyatı yaşayıb.
Bu müəmmalı təyinatı rayon icra başçısının köməkçisi Arif Yusifov Axar.az-a təsdiqləyib. Onun sözlərinə görə, Loğman Əliyev Göyçay rayon Məhkəməsinin hökmündən narazı qalaraq Ali Məhkəməyə şikayət edib və bəraət alıb.