Gömrükdə ölkəyə gətirilən avtomobillərin dəyəri artdı - Maşın bazarında bahalaşma (VİDEO)

19-07-2024, 10:03           
Gömrükdə ölkəyə gətirilən avtomobillərin dəyəri artdı -
Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat basitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.

Ekspert həmçinin bildirir ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.

Maraqlısı odur ki, idxal qiymətlərinin artması ölkəmizdə maşınların bahalaşmasına səbəb olacaqmı?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru