YAP-ın deputat siyahısında xroniki alkoqolizmdən əziyyət çəkən adamlar var - SİYASƏTÇİDƏN SENSASİON İDDİA

20-07-2024, 00:11           
YAP-ın deputat siyahısında xroniki alkoqolizmdən əziyyət çəkən adamlar var - SİYASƏTÇİDƏN SENSASİON İDDİA
“Görəsən, YAP öz siyahısını müəyyənləşdirərkən, namizəd kimi irəli sürdükləri şəxsləri məcburi narkoloji və ya psixoloji müayinədən keçirmək heç kəsin ağlına gəlməyib?”
Gununsesi.info-nun xəbərinə görə, bunu sosial şəbəkə hesabında Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü yazıb.

Onun sözlərinə görə, YAP-ın deputat siyahısında xroniki alkoqolizmdən və narkomaniyadan ciddi əziyyət çəkən, uzun müddət bu diaqnozla müalicə olunan şəxslər də var: “Seçicinin isə soruşmaq və bilmək haqqıdır ki, onu təmsil edəcək şəxs sağlam, anlaqlı duruma sahibdir, ya yox?!
Vacibdirmi ki, xroniki alkoqolikləri və narkomanları mütləq gətirib Milli Məclisə dürtüşdürəsiniz?!
Bu özünü idarə edə bilməyən adamları “millət idarəçisi”, müəyyən regionların daimi təmsilçisi, dəyişməyən siması, sifəti kimi cəmiyyətə sırımaqla, kim nə qazanır, kim nəyin qisasını alır, mən hələ də anlamıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.