Məşhur vəkillərin qalmaqalı davam edir: Vəkil Adəm Məmmədov və qardaşı TƏQSİRLƏNDİRİLƏN ŞƏXS OLDU VİDEO

24-07-2024, 09:45           
Məşhur vəkillərin qalmaqalı davam edir:
İyulun 18-də Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanov qərarı ilə Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs qismində tanınıb. Belə ki, Adəm Məmmədov vəkil həmkarı Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təqsirləndirilən şəxs olub.
Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Həmçinin Məmmədovun özü ilə yanaşı, qardaşı Xəyyam Məmmədova qarşı da eyni ittiham irəli sürülüb.
Ceyhun Yusifov iddia edir ki, Adəm və Xəyyam Məmmədov qardaşları onu ağır cinayətdə ittiham ediblər, bu barədə məlumat yaymaqla şərəf və ləyaqətini ləkələyiblər, işgüzar nüfuzuna zərbə vurublar. İddiaya görə, Adəm Məmmədovun qardaşı ilə birlikdə rəhbərlik etdiyi saytda onun haqqında məlumat yayımlanıb. Sonradan həmin məlumat başqa saytlar və sosial şəbəkələrdə də yayımlanıb.
İyulun 18-də Nərimanov rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Adəm Məmmədov işin icraata götürülüb baxılmasına etiraz etsə də, hakim Vüsal Qurbanov xüsusi ittiham qaydasında qaldırılmış iddianı icraata götürüb və baxılmasına qərar verib. Beləliklə, həm Adəm Məmmədov, həm də qardaşı təqsirləndirilən şəxs qismində tanınıb. Qeyd edək ki,
bu iş üzrə məhkəmə baxışı iyulun 25-nə təyin olunub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.