Bakıda məktəbə gedən yol vətəndaşın həyətindən keçir

24-07-2024, 18:08           
Bakıda məktəbə gedən yol vətəndaşın həyətindən keçir
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində məktəbə gedən yol vətəndaşın həyətindən keçir.

Bu isə ev sahibi ilə məktəbin müəllimləri arasında mübahisəyə səbəb olub.

Məkrəb 2006-cı ildən fəaliyyət göstərir lakin vətəndaşın evi 2011-ci ildə tikilib.

Şikayətçi Zəminə Zahirova bildirib ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib.

Son illərdə isə məktəb rəhbərliyi tərəfindən dəmir hasarın mənzilə bitişik yerləşdirilməsi ev sahibinin narazılığına səbəb olub.

Məktəbin ibtidai sinif müəllimi Bəhlul Mayılovun sözlərinə görə, həmin ərazinin vətəndaşa məxsus olduğu təsdiqini taparsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.

Məsələ ilə bağlı aidiyyəti qurumlar - Səbail Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyi əraziyə baxış keçiriblər və bu istiqamətdə müvafiq tədbirlər görülücək.

Ətraflı APA TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru