PA-nın əməkdaşı bu dairədən YAP-ın namizədidir-Özəl məlumat

25-07-2024, 07:14           
PA-nın əməkdaşı bu dairədən YAP-ın namizədidir-Özəl məlumat
Xəbər verdiyimiz kimi,Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısında yeni ismlər də var.

XALQ.AZ həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır. Araşdırmalarımıza görə 50 saylı Abşeron üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Namazov Ramid Zakir oğludur.

Ramid Namazov haqqında açıq mənbələrdən məlumat əldə etmək mümkün olmasada “YAP”ın namizədi haqqında bilgiləri əməkdaşımız əldə etmişdir.

Məlumata görə Ramid Namazov 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələri şöbəsində çalışır. R Namazov 2003-cü ildə BDU-ni bitirmişdir. İdarəçilik Akademiyasının və Hopkins Universitetinin magistr üzrə məzunudur.

2016-cı ildə Namazov Ramid Zakir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” və 2023-cü ildə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Qeyd edək ki, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.