“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu

26-07-2024, 11:02           
“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu
“Azercell” daha bir neçə ölkə üzrə rouminq xidmətini bahalaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu ölkələr Çili, Kosta-Rika, El Salvador, Qvatemala, Paraqvay, Uruqvay və Puerto Rikodur.

Həmin ölkələrdə həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək.

Belə ki, istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,5 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 3 manat, mobil internet xidmətinin hər bir meqabayta görə xidmət haqqı isə 6 manat müəyyənləşib.

Yeni qərarın avqustun 26-dan tətbiq ediləcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru