Dünənki çöküşdən sonra neftin qiyməti qalxır

7-08-2024, 15:34           
Dünənki çöküşdən sonra neftin qiyməti qalxır
Avqustun 5-də əmtəə və maliyyə bazarlarında qlobal satış zamanı hərracda neftin qiymətinin düşməsi 2%-i ötüb.
Avqustun 6-sı günortadan sonra dünya bazarında neft qiymətləri dünənki çöküşdən sonra artım göstərib, lakin ticarət məlumatları artıq səhərə nisbətən daha mülayim olduğunu göstərir.
Bakı vaxtı ilə saat 15.01-ə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 0,63% artaraq 76,78 dollara, WTI markalı neftin sentyabr fyuçersləri isə 0,73% artaraq 73,47 dollara çatıb. Səhər saatlarında neftin qiyməti təxminən 1,5% bahalaşıb.
Avqustun 5-də əmtəə və maliyyə bazarlarında qlobal satış zamanı hərracda neftin qiymətinin düşməsi 2%-i ötüb. Beləliklə, bir gün əvvəl Asiya, Avropa və ABŞ-da birja indeksləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. İnvestorlar ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqlar səbəbindən riskdən çəkinirdilər, çünki xüsusilə ölkədəki əmək bazarı statistikası işsizlik nisbətinin gözlənilməz və nəzərəçarpacaq dərəcədə artdığını göstərirdi.
İnvestorlar Səudiyyə Ərəbistanının neft-qaz dövlət şirkəti Saudi Aramco-nun səhər maliyyə hesabatına da diqqət yetirirlər. Xüsusilə Aramco yarım il ərzində xalis mənfəətinin 10,5% azaldığını bildirib.
"Bundan əlavə, ING analitikləri qeyd edib ki, Liviyanın ən böyük yatağı olan Əl-Şararada hasilatın tamamilə dayandırıldığı məlumatı aşağı makroiqtisadi əhval-ruhiyyəni kompensasiya edir", Wall Street Journal yazır.
Treyderlər yenidən Yaxın Şərqdəki vəziyyətə diqqət yetirə bilərdilər. Bundan əvvəl Wall Street Journal İranın İsrailə hücum etməyə hazırlaşdığını, raket qurğularının hərəkəti onun yaxın günlərdə İsrailə qarşı hücuma keçə biləcəyini göstərdiyini bildirmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.