“Kəpəz Naftalan” sanatoriyasında ginekoloji xidmət göstərilib – 6 min cərimələndi

10-08-2024, 09:04           
“Kəpəz Naftalan” sanatoriyasında ginekoloji xidmət göstərilib –
Səhiyyə Nazirliyi “Kəpəz Naftalan” sanatoriyasında planlı yoxlamalar aparıb.
Qaynarinfo-nun məlumatına görə, yoxlama sanatoriyanın Naftalan şəhəri, Nizami küçəsi 7-də yerləşən “Kəpəz” Sağlamlıq Mərkəzində baş tutub.
Yoxlama zamanı müəssisədə lisenziyadan kənar “fizioteropevt” və “klinik biokimyəvi” iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət, ginekoloji fəaliyyətlə məşğul olma faktları aşkarlanıb.
Həmçinin həkimlər sanatoriyada ginekoloji fəaliyyət göstərsə də, sertifikasiyadan keçməyiblər. Amma onlar sanatoriyada həkim-mamaginekoloq kimi rəsmi əmək haqqı alıblar.

Eyni zamanda müəyyən olunub ki, sanatoriyada fizioterapevtik və klinik-biokimyəvi fəaliyyətlə məşğul olmaları üçün lisenziya alınmayıb. Buna baxmayaraq, sanatoriyada həmin fəaliyyətlə uzun müddətdir məşğul olublar.
Sadalananlar pozuntu olduğu üçün sanatoriya rəsmi “Kəpəz” firması altında fəaliyyət göstərdiyi üçün sözügedən şirkət barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Kəpəz Naftalan” sanatoriyasının rəhbəri İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən, 6000 manat məbləğində cərimə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru