Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…
11-08-2024, 00:06
51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun bu seçimlərdə önü açıq buraxılıb və rahatlıqla parlamentə üzvlük mandatı əldə edəcək. Tribunainfo.az xəbər verir ki, onun rəqibləri fəhlə, işsiz, işıqçı kimi statuslara malik şəxslərdir. Bəzi namizədlər isə neft-qaz idarələrinin sıravi işçiləridir. Siyahı ilə MSK-nın saytında tanış olmaq mümkündür.