Müəllimin qabiliyyət imtahanını verdiyi ixtisas plan yerindən çıxarıldı

11-08-2024, 12:08           
Müəllimin qabiliyyət imtahanını verdiyi ixtisas plan yerindən çıxarıldı
Qabiliyyət imtahanını verdiyi ixtisas plan yerindən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, belə bir problemlə Ağsu rayonu, Abasxanlı kənd orta məktəbində fiziki tərbiyə müəllimi işləyən Sakit Səfərli üzləşib.

Sakit Səfərli kollec bitirdiyinə görə ali təhsil almaq istəyib. Ailəli olduğu üçün ali təhsilini qiyabi formada davam etdirmək arzusunda olub.

Odur ki, Dövlət İmtahan Mərkəzindən qeydiyyat keçərək buraxılış imtahanında iştirak edib. İxtisas seçimi başlayanda isə Sakit Səfərli seçdiyi ixtisası "Abituriyent" jurnalında tapa bilməyib.

O deyir ki, voleybol məşqçiliyi üzrə qiyabi təhsil almaq istəyir, amma indi bu ixtisası seçə bilmir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üçün plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Məşqçilik (voleybol) ixtisası üçün əyani təhsil forması üzrə plan yerləri ayrılıb və abituriyent öz elektron ərizəsində həmin ixtisas kodunu seçməklə müsabiqədə iştirak edə bilər.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru