Ayaz Qocamanovun Prezidentə növbəti müraciəti - VİDEO

14-08-2024, 08:34           
Ayaz Qocamanovun Prezidentə növbəti müraciəti - VİDEO
Artıq 7 gündür avtomobilini diğər şəxsin adına qeydiyyata keçirə bilməyən vətəndaş Qocamanov Ayaz İlyas oğlu Azərbaycan Prezidenti İlham Əliyevə növbəti mütaciətini edib.

A.Qocamanov bir daha qeyd edib ki, sözügedən avtomobili 2022-ci ildə alarkən bu formada qeydiyyata alınıb: "Əlimdə olan videogörüntünü Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Baş Qeydiyyat-İmtahan idarəsinnin araşdırma aparan rəsmi şəxslərinə təqdim etmişəm. Bu görüntülərdə aşkar şəkildə görünür ki, avtomobil bu formada qeydiyyata alınıb. Amma buna baxmayaraq yenə də, mənim hüquqlarım pozulur və avtomobilim qeydiyyata alınmır.

Mətbuat vasitəsilə bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edərək xahiş edirəm ki, bu problemin həlli üçün Azərbaycan Respublikasının Daxili İşlər naziiri cənab Vilayyət Eyvazova göstəriş versin".
/bizimxeber.az/













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.