Banklar depozit faizlərini artırır? - AÇIQLAMA

3-09-2024, 11:44           
Banklar depozit faizlərini artırır? - AÇIQLAMA
Hazırda banklar ən yaxşı halda depozitə illik 10 faiz qazanc verir.

Bu da vətəndaşı qane etmir.

Çünki bu faiz heç illik inflyasiyanı sığortalamır. Vətəndaşlar depozit faizlərinin artırılmasının tərəfdarıdır.

Bəs qarşıdakı dövrdə depozit faizlərinin artırılması gözlənilirmi?

İqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”a bildirib ki, depozit faizlərinin artırılmasına Mərkəzi Bank qərar verir:

“Mərkəzi Bankın konsepsiyası var. Həmin konsepsiyaya uyğun da faiz təyin olunur. Bundan başqa banklara nəzarət edən Azərbaycan Banklar Assosiasiyası var. Bütün digər banklar məlumatı Mərkəzi Banka təqdim edirlər və o da qərar verir. Məndə olan məlumata görə, depozit faizləri artırılacaq. Ümumilikdə 4-5 faiz artım olmalıdır, eləcə də kredit faizini azaltmaq istəyirlər.

İnsanlar arasında kredit faizləri ilə bağlı çox böyük narazılıqlar var.

Beləliklə, depozit faizlərini qaldırmaq, kredit faizlərini isə azaltmaq istəyirlər. Məhz hökumət tərəfindən bu məsələlər müzakirə olunur.

Depozit faizləri mütləq qaldırılmalıdır. İnsanların yaşayış səviyyəsini götürdükdə depozit faizləri olduqca aşağıdır.

İnkişaf etmiş dövlətlərlə müqayisə etsək olduca aşağıdır. Hətta orta səviyyəli inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Yəni minimum 15-20 faizə çatdırılmalıdır. Hazırda neçə faiz artırılacağı ilə bağı dəqiq rəqəm demək çox çətindir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru