Zəngin ölkələrin sakinləri mənzillərin çox baha olmasından narazıdır

4-09-2024, 09:04           
Zəngin ölkələrin sakinləri mənzillərin çox baha olmasından narazıdır
Zəngin ölkələrin sakinləri daşınmaz əmlakın yüksək qiymətindən getdikcə daha çox hiddətlənirlər. Mənzil qiymətləri ilə bağlı narazılıq rekord həddə çatıb.

Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" Amerika Gallup İnstitutunun araşdırmasına istinadən yazıb.

Ən çox mənzil almaq problemi 30 yaşa qədər gəncləri və karyera quran 30-49 yaşlı vətəndaşları narahat edir.

Sorğunun müəllifləri qeyd edirlər ki, bir sıra Avropa ölkələrində daşınmaz əmlak hələ də koronavirus pandemiyasından əvvəlkindən bahadır. ABŞ-da vətəndaşların demək olar ki, 60%-i ucuz mənzillərin azlığından və kirayə haqlarının kəskin artımından şikayətlənir.

Almaniyada narazıların payı keçən ilki 42 faizlə müqayisədə maksimum 46 faizə çatıb. İspaniyada bu rəqəm 62%-ə yüksələrək maliyyə böhranından bəri ən yüksək göstəricidir.

İngiltərədə mənzilin qiyməti orta illik maaşdan səkkiz dəfədir. Kirayə evlərdə yaşayan ailələrin sayı rekord həddə çatıb.

Paşa Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru