`Bakıxanov`un çörəyini aldı... uşağı ÖLÜMDƏN DÖNDÜ...
14-09-2024, 15:48
Abşeron rayonu Masazır qəsəbəsində çörəyin içindən balıqqulağı çıxıb.
Bu barədə Lent.az-a marketin müştərisi olan zərərçəkən özü məlumat verib.
Onun sözlərinə görə, qəsəbə ərazisindəki "Araz" marketdən alınan "Bakıxanov" zavoduna məxsus çörəyin içindən balıqqulağı çıxıb. Nəticədə onun 8 yaşlı oğlu çörəyi yeyərkən damağı zədələnib.