Bakıda vəkilə qarşı dələduzluq iddiası – “Zərərçəkənə verdikləri pulu məndən almaq istəyirlər”
4-04-2015, 14:52
Paytaxtda bir ailə vəkilə qarşı dələduzluq iddiası ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ərizədə bildirilib ki, 2013-cü ilil oktyabr-noyabr aylarında vəkil İntiqam Həsənov Bakı sakinləri 1960-cı il təvəllüdlü Tərbiyə Qara qızı Həsənova və həyat yoldaşı 1954-cü il təvəllüdlü Əhməd Həsənovun etibarından sui-istifadə edərək 14 min manat alıb və 9 min 500 manatını qaytarmayıb.
Nəsimi RPİ İstintaq Şöbəsində iş araşdırılır.
Vəkil İntiqam Həsənov “Qafqazinfo”ya açıqlamasında məsələyə münasibət bildirib.
İ.Həsənov qeyd edib ki, haqqında danışılan pul ona yox, zərərçəkənə ödənilib: “Mən müdafiə etdiyim şəxs və iş haqda məlumatları açıqlamaq istəmirəm. Amma şikayət ediblərsə, gərək deyəm. Bu insanlar özlərini həyasızlığa vurublar. Oğlu çöldə gəzir, bunlar da onu gizlədir. Onlar mənə şər atırlar.
Onun oğlu 2013-cü ilin aprel ayının 19-da maşınla qəza törətmişdi. Qarşı yola çıxıb avtomobili vurub, təhlükəsizlik kamerasına da düşüb. Qəzada digər maşında bir kişi ölmüşdü, 4 nəfər isə yaralı idi. Həmin ailə başsız qaldı. Mən ittihamçı tərəflə danışdım, zərərçəkə dəyən ziyanı ödəməyə razı saldım və onların oğlu həbsxanaya getmədi. Oğluna məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza verildi. Amma indi oğlu cəzaçəkmə müəssisəsinə getmir, bunlar da onu gizlədir. Zərərçəkən tərəfə 15 min manat ödənildi. İndi bunlar həmin 15 mini məndən almaq istəyir. Vicdanı olmayan adamlardır.
Açıq şəkildə özümə deyirlər ki, “zərərçəkənə niyə pul ödəməli idik?! O pulu səndən alacağıq”. İzah edirəm ki, bir ailə başsız qalıb, maşını əldən gedib, buna görə də məhkəmə qərar verib. Burda mənlik bir şey yoxdu. Oğlu azadlıqda gəzir, bunlar da zərərçənə verdikləri pulu məndən almaq istəyirlər. İş barədə Vəkillər Kollegiyasına da müraciə ediblər. Fikirləşiblər ki, vəkiləm deyə nüfuzumun korlanmasından qorxub pulu verəcəyəm. Amma mən bütün sənədləri bundan öncə şikayət edilən müvafiq qurumlara təqdim etmişəm. Nəsimi polisinə də təqdim edəcəyəm.
Mənə heç bir məbləğ ödənilməyib, sadəcə müqavilə haqqı verilib. Mən həmin sənədləri istintaqa təqdim edəcəyəm”.