Sahibkar xanım Kamran Əliyevdən kömək istəyir - Dələduzluq hadisəsinin istintaqı yubadılır

Bu gün, 18:19           
Sahibkar xanım Kamran Əliyevdən kömək istəyir -
Bir ilə yaxındır ki, Sabunçu Rayon Prokrorluğunda aparılan istintaq işi hansısa səbəbdən uzadılır

Bakı şəhəri Sabunçu rayon sakini, Bakıxanav qəsəbəsi, Gənclər küçəsi 27c ünvanında qanuni şəkildə lombard fəaliyyətlə məşğul olan sahibkar xanım Bayramova Şəfaqət Balabəy qızı Baş prokuror Kamran Əliyevdən kömək istəyir.

Saytımız vasitəsilə Kamran Əliyevə müaricət edən Şəfaqət Bayramova bildirib ki, işlətdiyi lombardın işçisi Sadıqova Lyudmila Adil qızı tərəfindən 1 il öncə dələduzluğa məruz qalıb və 30 min manatdan çox ziyana düşüb.

Xanım sahibkar qeyd edib ki, ona qarşı dələduzluq edən Sadıqova Lyudmila Adil qızı haqqında hüquq mühafizə orqanlarına şikayət edib və bu ilin mart ayında Sabunçu Rayon Prokuroluğunda cinayət işi açılıb. Şəfaqət Bayramova bildirir ki, ona qarşı Lyudmila Sadıqova tərəfindən edilən dələduzluğa görə Sabunçu Rayon Prokuroluğunda cinayət işinin açılmasına və bütün maddi sübut, dəlillərin olmasına baxmayaraq hələ də istintaq hansısa qaranlıq səbəblərdən uzadılır və yekunlaşdırılmır.

"Hörmətli Kamran Əliyev bütün dəlil və sübutların ortada olmasına baxmayaraq, artıq 8-ci aydır ki, şikayətim Sabunçu Rayon Prokroluğunda ciddi şəkildə araşdırılmır. İstintaqı aparan müstəntiq Natiq Məmmədov hansısa bilinməyən səbəblərdən iş uzadır. Cinayətin sübut olunması üçün əsas dəlilllərdən biri olan lombardın iş kitabçası aprel ayından istintaqa verilsədə, 1 ay öncə ekspertizaya verilib", deyə Şəfaqət Bayramova bildirib.

"Cənab Baş prokuror Kamran Əliyev, bir vətəndaş kimi, sahibkar qadın kimi yazıb sizdən xahiş edirəm ki, üzləşdiyim dələduzluq hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda aparılan istintaq işini nəzarətinizə götürəsiniz və mənə kömək edəsiniz", deyə xanım sahibkar əlavə edib.
Az Fakt












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.