“47 minə yaxın cəriməm var, amma bundan xəbərim olmayıb” — VİDEO/FOTO

Bu gün, 09:46           
“47 minə yaxın cəriməm var, amma bundan xəbərim olmayıb” — VİDEO/FOTO
Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cərimə protokolu yazılıb.

Demokrat.az xəbər verir ki, Bakının Qaradağ rayonunda yaşayan Habil Qurbanovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olduğu üçün 2014-cü ildə ona dövlət tərəfindən minik avtomobili verilib. Bu ilin may ayında isə bildirilib ki, 99 HG 134 dövlət nömrə nişanlı həmin nəqliyyat vəsitəsinin 46 min 954 manat cəriməsi var və bu səbəbdən də duracağa yerləşdirilib.

“Bu ilin may ayında məni Yevlax postunda saxladılar. Dedilər ki, 46 min manat cərimən var. Mən bundan xəbərsizəm, mənə heç nə deyilmədiyi üçün xəbərim olmayıb. Maşını məndən alıb cərimə meydançasına apardılar”, - H. Qurbanov deyib.

Onun iddiasına görə, avtomobil duracağa yerləşdirilərkən ona bildirilib ki, 5 ildən sonra cərimə silinəcək və bundan sonra nəqliyyat vasitəsini götürə bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Habil Qurbanovun sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb.

Qurumdan deyilib ki, araşdırma zamanı Habil Qurbanovun törətdiyi yol əleyhinə olan hüquq pozmaları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.