Dünyanın ən məşhur lüks brendi gəlirini 10% artırıb

24-10-2024, 15:49           
Dünyanın ən məşhur lüks brendi gəlirini 10% artırıb
Dünyanın ən məşhur lüks brendlərindən biri olan "Hermes" bu ilin üçüncü rübündə gəlirini 10,3% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, iyul-sentyabr aylarında şirkətin gəliri 3,7 milyard avro təşkil edib. Bu da bazarın gözləntilərindən bir qədər yaxşıdır. Bu dövrdə Fransada satışlar 13,1%, Avropanın qalan hissəsində 18,8%, Yaponiyada 18,5% artıb.

Digər regionlarda, o cümlədən Yaxın Şərqdə bu rəqəm iki dəfədən çox artıb. "Hermes"in səhmləri ticarət zamanı 2% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 9,6% artaraq 215,7 milyard avroya çatıb.

Qeyd edək ki, "Hermes" müxtəlif məhsullar istehsal edir: geyim, aksesuar, saat, ətir, zərgərlik məhsulları və s.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru