Meqa Holdinq yaradıldı
8-11-2024, 08:35
Prezidentin bu gün imzaladığı fərmanla AZCON ( Azərbaycan Nəqliyyat və Kommunikasiya ) Holdinqi yaradılıb.
Fərmanda məqsəd olaraq aşağıdakılar qeyd olunub :
1.Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi
2. İqtisadi səmərəliliyinin yüksəldilməsi
3. Çevik idarəetmə sisteminin qurulması
Holdinqin tərkibinə aşağıdakı dövlət müəssisələri və publik hüquqi şəxslər daxil edilib :
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib.
İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq.
Bununla bağlı ilkin rəyim :
Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar.
Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq hökumətdən subsidiya alanlar da var.
Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub.
Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib .
Amma maraqlıdır ki, yenicə gəlir gətirməyə başlayanlar da bu tərkibə qatılıb
Osman Gunduz
TEREF