"Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı

Bu gün, 16:38           
"Windows"da "Paint" və "Notepad"da süni intellekt funksiyaları yarandı
"Windows 11"də "Notepad" və "Paint" proqramları süni intellekt əsaslı yeni funksiyalar əldə edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib.

İndi "Notepad" istifadəçiləri süni intellekt vasitəsilə cümlələri yenidən yaza, onların uzunluğunu və tonunu dəyişə bilərlər. İstifadəçilər mətnin bir hissəsini və ya bütün mətni, kontekst menyusunda "Yenidən yaz" bəndini seçə bilərlər, bundan sonra dialoq pəncərəsində mətni qısaltmaq, uzatmaq və ya tonunu dəyişmək imkanları olan bəndlər görünəcək.

"Notepad"dakı yeniliklər "Windows Insider" proqramının ABŞ, Fransa, Böyük Britaniya, Kanada, İtaliya və Almaniyadakı istifadəçiləri üçün əlçatandır.

"Paint" süni intellekt vasitəsilə şəkilləri redaktə etmək üçün yeni alətlər əldə edib, o cümlədən mətn əsasında şəklə yeni obyektlər əlavə etməyə imkan verən generativ doldurma funksiyası. Həmçinin test istifadəçiləri üçün şəkillərdən obyektləri silməyə və boş məkanı doldurmağa imkan verən generativ silgi funksiyası işə salınıb.

Yeni obyektlərin əlavə edilməsi funksiyası ilkin olaraq "Copilot+" sertifikatlı kompüterlərdəki test istifadəçiləri üçün, ikinci funksiya isə "Windows 11"in ilkin qiymətləndirmə proqramının bütün iştirakçıları üçün əlçatan olacaq.

Yenilənmiş "Notepad" və "Paint"in bütün "Windows 11" istifadəçiləri üçün nə vaxt işləyəcəyi dəqiqləşdirilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.