"Onlar özləri çəkiliş aparır, heç bir söz deməyə imkan vermirlər..." - NARAZILIQ VAR...

3-12-2024, 11:48           
"Onlar özləri çəkiliş aparır, heç bir söz deməyə imkan vermirlər..." - NARAZILIQ VAR...
Xaçmaz sakini Dilarə Lamayeva deyir ki, himayəsində üç övladı var və tənha ana olaraq maddi vəziyyəti ağırdır. Onun sözlərinə görə, bir müddət əvvəl sosial müavinət almaq üçün müvafiq qaydada müraciət edib. Anaxeber.info məlumat verir ki, vətəndaş müraciətini sosial mediada yayıb. Lamayeva qeyd edir ki, ona qanunla 15 gün ərzində cavab verilməli olduğu halda, ay yarım sonra müraciətinə baxılıb. Dilarə Lamayeva bildirir ki, evə gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsinin əməkdaşları müsbət rəy verməmək üçün müxtəlif bəhanələr gətirməyə başlayıblar.
Şikayətçi danışır ki, evdə onun 5 il əvvəl dünyasını dəyişmiş anasının portreti asılıb, lakin nazirliyin əməkdaşları buna inanmayıblar və qayınanası olduğunu bildiriblər. Ardınca, evdəki yorğan-döşəyi saymağa başlayıblar və iddia ediblər ki, ailə tərkibinin sayı ilə uyğun gəlmir. Dilarə Lamayeva sual verir ki, vəfat etmiş valideynin evdə şəklini asmağın, həmçinin, yorğan-döşək sayının bir qədər çox olmasının sosial müavinət almaqla nə əlaqəsi ola bilər. Vətəndaş deyir ki, Xaçmazda Elxan və Orxan adlı həmin qurum əməkdaşları imtina üçün hər cür bəhanəyə əl atıblar: "Onlar özləri çəkiliş aparır, heç bir söz deməyə imkan vermirlər. Üstəlik, aktın bir nüsxəsi müraciət edən şəxsdə qalmalıdır, onu da vermədilər. Nazirlikdən isə deyilir ki, sistemdə problem olmadığı göstərilir, necə ola bilər ki, sizə imtina cavabı gəlsin?! Ona görə də mən Prezident və nazirliyə çağırış edirəm ki, Orxan və Elxan aldı şəxslərin fəaliyyəti araşdırılsın, rüşvətxorluğun hansı səviyyədə olduğu yoxlanılsın. Mən üç əsgər, üç övlad böyüdürəm, amma nə uşaqpulu alıram, nə də sosial yardım. İnanıram ki, bu müraciətimə baxılacaq və müsbət cavab gələcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.